“Twitter” yeni funksiyanı - tvitlərə foto və video cavabları sınaqdan keçirməyə başlayıb.

İstifadəçi mesaja şəkil və ya video çəkə biləcək, orijinal qeyd isə yuxarıda görünəcək.

Şirkət yeni funksiyanı söhbətə qoşulmaq üçün “daha ​​yaradıcı yol” adlandırır.

Funksiya yalnız iOS-da sınaqdan keçirilə bilər. Yenilik hələ ki, məhdud sayda istifadəçilər üçün əlçatandır.

Reaksiyalar ümumi lentdə dərc olunacaq.