“Twitter”in Braziliya bloqunda bu sosial şəbəkənin yeni funksiyasının işə salındığı barədə elan yerləşdirilib.

Kod.ru xəbər verir ki, “Twitter” sosial şəbəkəsi paylaşımların tərcüməsi funksiyasını işə salıb.

“Twitter”də tərcümə xidməti 2015-ci ildə “Bing” (“Microsoft”a məxsusdur – red.) tərcümə bazasında işə salınıb.

Sistem, ingilis və rus dilləri də daxil olmaqla, təxminən 40 dilə tərcüməni dəstəkləyirdi.

İndi isə tvitləri tərcümə etmək üçün “Google Translate” texnologiyasından istifadə olunur.