'Twitter' layk düyməsindən imtina edəcək.

İqtisadiyyat.Az 'Kommersant.az'-a istinadən xəbər verir ki, bu barədə şirkət rəhbəri Cek Dorsi bildirib. Onun sözlərinə görə, yaxın vaxtlarda istifadəçilərin postları qiymətləndirdiyi düymə ləğv ediləcək:

'Layk funksiyasını həyata keçirən ürək formasından xoşum gəlmir'.

Qeyd edək ki, 2015-ci ilə qədər laykı seçilmişlər funksiyası əvəz edirdi, postun aşağısında isə ürək yerinə ulduz təsviri mövcud idi. Lakin hər iki bəyənmə formasının iş mexanizmi demək olar ki, eynidir.