Tviter təsdiqlənmə nişanı olan profillərdə "Rəsmi" etiketinin olacağını açıqlayıb.
Tviter “blue” abunəçiləri mavi işarə alsalar belə, tələblərə cavab verənə qədər “rəsmi” etiket əldə edə bilməyəcəklər.
Şirkət “Mavi” xidməti alan istifadəçilərin profillərinə “Official” etiketini əlavə edəcək. Bu da istifadəçilərə orijinal hesabları ayırd etməyə kömək edəcək.
Qeyd edilib ki, yeni funksiya yalnız hökumət hesablarına, kommersiya şirkətlərinə, biznes tərəfdaşlarına, əsas media orqanlarına, yayımçılara və müəyyən ictimai xadimlərə veriləcək. 
“The New York Times” qəzetinin yazdığına görə, tviter ABŞ-dəki ara seçkilər səbəbi ilə gecikdiyi iddia edilən 8 dollarlıq mavi işarəni bu gün rəsmi olaraq istifadəyə verəcək.

Məhəbbət Məmmədov