Türkiyədə feysbuk sosial şəbəkəsi reklamlarından ƏDV alınmasına başlanılıb. Reklam verən profillərə “ƏDV nömrənizi qeyd edin” deyən feysbuk prosesi aprelin 1-dən qüvvəyə mindirib. Mövzu ilə bağlı rəsmi məlumatı feysbuk özü paylaşıb.

Feysbuk artıq ƏDV-ə daxildir

Feysbuk Businessin “Qiymətləndirmə və vergilər” bölümündə “Türkiyə ƏDV haqqında” başlıqlı yazı yayımlanıb. Yazıda, “1 aprel 2019 tarixindən Türkiyə vergi qanunlarında yaxın zamanlarda edilən dəyişikliyə səbəbilə, feysbuk İrlandiya şirkəti  Türkiyədə yerləşməyən qurum olaraq ƏDV-ə tabedir. Türkiyədə fəaliyyət göstərən keçərli ƏDV ilə qeydiyyatdan keçməyən bütün reklamçılardan feysbukda satın alınan reklma xidmətləri üçün 18% ƏDV alınacaq” deyilib.

Yeni qərara əsasən, vergidən həm, feysbuk, həm də reklamçı məsuliyyət daşıyır. Ancaq feysbuk reklamçıdan 100 lirəlik reklam xərcinin 18 lirəlik ƏDV-i dövlətə ödəməsini, sonra 100 lirəni də tərəfinə keçməsini tələb edəcək. Əks durumda feysbuk, “100 lirənin 82 lirə olduğunu hesab edirəm. Mənim də 18% məsuliyyətim var” şəklində addım atacaq.

Mütəxəssislər sosial media şirkətlərindən ildə 500 milyon gəlir edilməsini gözləyir.