Türkiyənin Muğla əyalətində 4,4 bal gücündə zəlzələ baş verib.

Trend-in məlumatına görə, yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.

Qeyd olunur ki, zəlzələnin episentri Marmaris şəhərində, yerin 6 kilometr dərinliyində qeydə alınıb.

Təkanlar qonşu vilayətlərdə də hiss olunub.