"Ukrayna hərbi xidmətdən yayınanların hesablarının bloklanması proseduruna başlayacaq".

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Andrey Osadçuk deyib

Onun sözlərinə görə, Ukraynada hərbi xidmətdən yayınan şəxslərin hesablarının bloklanması və onların əmlakına qarşı cərimələrin tətbiqi proseduru başlana bilər.

Bildirilib ki, hərbi uçotun pozulmasına görə cərimələr əvvəllər də qanunda olub. Ancaq indi onlar əhəmiyyətli dərəcədə artıb.

 

Gözəl Həşimova