Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “TikTok” sosial şəbəkəsinə girişin bərpa olunması xəbərinə münasibət bildirib.

Qurumdan bildirilib ki, “TikTok” sosial şəbəkəsinə ölkə ərazisində giriş müvəqqəti olaraq məhdudlaşdırılıb:

“Sosial şəbəkəyə girişin müvəqqəti məhdudlaşdırılması ilə bağlı qərarda dəyişiklik olacağı halda aidiyyəti orqanlar bu barədə ictimaiyyəti məlumatlandıracaqlar”.

***15:50

Azərbaycanda "Tiktok"a qoyulan məhdudiyyət aradan qaldırılıb

İqtisadiyyat.az xəbər verir ki, bu barədə platformanın yerli istifadəçiləri məlumat veriblər.

Qeyd edək ki, Ermənistanın 12-13 sentyabr tarixli təxribatları zamanı dezinformasiyanın yayılmasının qarşısının alınması məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən "Tiktok"un fəaliyyətinə məhdudiyyət tətbiq edilmişdi.