TikTok tətbiqin şəffaflığını artırmaq üçün yenilik edib. Twitter-in "Əlfəcinlər" və İnstagram-ın "Yadda saxlanılan" funksiyasında olduğu kimi, TikTok istifadəçiləri də bəyəndikləri videoları kolleksiyalarına və ya sevimlilərinə əlavə edə bilərlər.

Məzmun sahibi indiyə qədər onun videosunun kim tərəfindən “yadda saxlanıldlğını” görə bilmirdi. O, yalnız bunun neçə nəfərin yadda saxladğını öyrənə bilirdi.

Artıq bu yeniləmə sayəsində istifadəçilər son 30 gündə profillərinə baxan şəxslərin siyahısına daxil ola bilərlər.

Məhəbbət Məmmədov