Dünyaca məşhur Çin sosial media tətbiqi “TikTok” 13 yaşdan kiçik istifadəçilərə aid olduğu ehtimal edilən yeddi milyondan çox hesabı bağlayıb.

Bu barədə BBC məlumat yayıb.

“Tik-Tok” sosial şəbəkəsinin təhlükəsizlik bölməsinin sədri Korman Kinan bildirib ki, yaşı 13-dən aşağı olan istifadəçilərin hesabının bloklanması azyaşlıları müxtəlif zərərli təsirlərdən qorumaq məqsədi ilə həyata keçirilib.

Bundan əlavə, “Tik-Tok”un yaydığı hesabatda qeyd olunur ki, təxminən 62 milyon müxtəlif səpkili video və iki milyon reklam videosu sosial şəbəkə qaydalarını pozulduğuna görə silinib.