“Telegram” mesencerində 2021-ci ildən yeni ödənişli xidmətlər tətbiq olunacaq.

Bu barədə mesencerin banisi Pavel Durov öz “Telegram” kanalında bildirərək hazırkı xidmətlərin bundan sonra da ödənişsiz fəaliyyət göstərəcıklərini, yeni tətbiq ediləcək xidmətlərin isə “işgüzar komandalar və daha böyük ehtiyaclara malik istifadəçilər” üçün əlverişli olacağını qeyd edib.

Bununla yanaşı, “Telegram”ın satılmayacağını qeyd edən sahibkar hazırda mesencerin 500 milyona yaxın fəal istifadəçisinin olduğunu, bundan sonra da fəaliyyətə davam etmək üçün “azı yüz milyardlarla dollar”a ehtiyac olduğunu diqqətə çatdırıb. Müəyyən vaxta qədər mesencerin maliyyə ehtiyaclarını təkbaşına ödəmiş P.Durov artıq bunun mümkün olmadığını qeyd edib.

Lakin buna baxmayaraq, “Telegram”ın mesaj ötürmə ilə bağlı xidmətlərində bundan sonra da reklam yerləşdirilməyəcəyi vurğulanıb.