"Ölkədə vərəm xəstələrinin sayı ilə bağlı kritik vəziyyət yoxdur".

İqtisadiyyat.az xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov jurnalistlərə açıqlamasında deyib.

"Sadəcə ölkəmizdə vərəm xəstələrinin daha effektiv, keyfiyyətli və əlçatan tibbi xidmətlərlə təmin olunması, müalicəsini təmin etmək üçün bu sahə ilə bağlı xəstəxanalar fəaliyyət göstərir", - o vurğulayıb.