Süni intellektin tətbiqini əks etdirən qlobal indeksdə Azərbaycan 64-cü yerdədir.

İqtisadiyyat.Az xəbər verir ki, bu barədə "Oxford Insights"ın məlumatında qeyd olunub.

Məlumata görə, ölkəmiz bu baxımdan qonşu Gürcüstanı (76-cı yer), Ermənistanı (81-ci yer) və İranı (72-ci yer) qabaqlayıb.

İlk 3-lükdə isə Sinqapur, Almaniya və Böyük Britaniya qərarlaşıb.

2030-cu ilə qədər süni intellektin qlobal iqtisadiyyata 15 trilyon dollarlıq fayda verəcəyi gözlənilir.