Yeni texnologiyaların kütləvi şəkildə tətbiqi qlobal sənaye inqilabının nəticələri və internet dövrünün çiçəklənməsi ilə müqayisə oluna bilər.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə "Goldman Sachs" investisiya bankının analitikləri araşdırma aparıblar.

Məlumata görə, ortamüddətli perspektivdə süni intellekt texnologiyaları dünya üzrə 300 milyondan çox iş yerinin yox olmasına səbəb olacaq. Bildirilib ki, süni intellekt dünya iqtisadiyyatını “çevirə” bilər. Araşdırmalara əsasən, təkcə ABŞ-də ən azı 12 milyon amerikalı iş yerlərini dəyişməli olacaq.

Ekspertlər hesab edirlər ki, hazırda dünya yeni texnoloji inqilabın ilkin mərhələsindədir. Aparıcı ölkələrin hökumətləri süni intellekt texnologiyalarının kütləvi tətbiqinə lazımi səviyyədə hazırlaşmasalar, qlobal iqtisadiyyat böhranla üzləşəcək.

 

Gözəl Həşimova