Samsung və Xiaomi-nin qlobal miqyasda  bazar payı azalıb.

FED.az xəbər verir ki, bu haqda “Global Stats” analitik şirkəti məlumat yayıb.

Məlumata görə, bu ilin fevral ayında Samsung şirkətinin smartfon bazarında payı 30.91%, Xiaomi-nin isə 7.8% olub.

Qeyd olunan şirkətlərin nəticələri  cari ilin yanvar ayı ilə müqayisədə azdır. Bu ilin ilk ayında Samsung şirkətinin smartfon bazarında dünya üzrə bazar payı 31.29%, Xiaomi-nin  8.1% olmuşdur.

Apple və Huawei şirkətlərinin isə əksinə, qlobal miqyasda bazar payında artım müşahidə olunub.

Yanvar ayında Apple şirkətinin bazar payı üzrə göstəricisi 24.76%, fevral ayında bu rəqəm 25.89% olub. Huawei-in bu sahə üzrə yanvar göstərici  10.61%, fevral ayında isə 10.98%-ə çatıb.