“Satış prosesimizdə onlayn satışa üstünlük veririk” bunu "Günay Sığorta" şirkətinin Marketinq və İctimaiyyətlə əlaqələr üzrə direktoru Saida Fətullazadə Fins.az-a müsahibəsində deyib.

Onun sözlərinə görə, hazırda şirkətin saytında texniki işlər aparılır. "Texnoloji imkanlardan istifadə əlavə xərclərdən azad olunmaq imkanı yaradır. Hazırda müştərilər saytımızdan Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasını, Səyahət sığortasını onlayn əldə edə bilərlər. Saytımızda texniki işlər gedir və qısa zaman ərzində Daşınmaz əmlakın icbari sığortasını da müştərilərimiz onlayn əldə edə biləcəklər"