Qlobal kiber təhlükəsizlik qurumu olan ESET-in araşdırmasına görə, bulud üzərindən fəaliyyət göstərən təhlükəsizlik kamerası D-Link DCS-2132L-də icazəsiz girişlərə açıq olan çoxlu təhlükəsizlik açıqları təsbit edilib. İqtisadiyyat.Az xarici mediaya istinadən məlumat verir ki, kameranın ən ciddi problemi isə video axınını şifrə tələb etmədən qeyd etməsi imiş.

Qurumun Slovakiya Bratislavadakı Araşdırma Laboratoriyasından ESET araşdırmaçısı Milan Franik, “Nə kamera və bulud arasındakı bağlantı, nə də bulud və görüntüləmə arasındakı bağlantı şifrələndiyi üçün vieoların izlənməsinə heç bir mane qalmır” məlumatını verib.

D-Link DCS-2132

Milan Franik, “Əlavə güvənlik kodu kameranın təhlükəsizliyi üçün problemlər açardı. Çünki hücum edən xakkerlər şifrəni istədikləri dəyişə bilirlər” deyib.

Bütün çatışmazlıqlar və problemlər barədə istehsalçıya məlumat verilib. Şəxsi məlumatların ən çox toplandığı ölkə ABŞ olub.