Cənubi Koreyanın "Samsung" şirkəti fevralın 11-də San-Fransisko prezentasiyasında yeni qatlanan ekranlı smartfonunu təqdim etdi.

İqtisadiyyat.Az xəbər verir ki, yeni smartfonun adı "Galaxy Z Flip" olacaq.

"Samsung" nümayəndəsi Rebekka Xerst izah etdiyi kimi, telefon açılmış vəziyyətdə 6.7 düymlük ekrana sahibdir. Xerstin sözlərinə görə, ekranda çox nazik şüşədən istifadə olunub.

"Galaxy Z Flip" müştərilərə qara, qızılı və bənövşəyi rənglərdə təqdim olunacaq. ABŞ-da bu smartfonların satışı fevralın 14-də başlayacaq.

"Galaxy Z Flip" smartfonunun qiyməti ABŞ-da 1380 dollar təşkil edəcək.

(Trend)