Cənubi Koreyanın elektronika nəhəngi "Samsung Electronics" şirkəti "Verizon Communications Inc"dan, ABŞ-da beşinci nəsil (5G) kabelsiz həllər təmin etmək üçün 7.9 trilyon von (6.6 milyard dollar) məbləğində sifariş alıb.

Müqavilə, Samsung-un şəbəkə avadanlıqlarına sərmayə qoyaraq Nokia və Ericsson ilə rəqabətə girməyə qərar verdiyindən bəri reallaşan ən böyük müqavilədir.

Huawei ABŞ sanksiyaları ilə mübarizə aparır və mövcud vəziyyətdə Samsung-un bazar payı arta bilər.