BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Sindi Makkeyn Qəzza zolağında tammiqyaslı aclığın başladığını elan edib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Qəzza zolağının şimal hissəsində artıq aclıq yaranıb, cənub hissəsində də vəziyyət pisləşməyə başlayıb”, - S. Makkeyn bildirib.

O qeyd edib ki, aclıq hər dəfə genişmiqyaslı qarşıdurma başlayanda baş verir və döyüşə çevrilir.

Qeyd edək ki, mayın 5-də İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağı ilə sərhədin cənub-şərq hissəsində, anklav sakinləri üçün humanitar yardım aparan yük maşınlarının keçdiyi Kerem Şalom keçid məntəqəsini bağlayıb.