Rusiyada yaşayan azərbaycanlı məşhur bloger Hüseyn Həsənovun vergi borclarına görə şirkətinin hesabı bloklanıb.

İqtisadiyyat.az "Sputnik Azərbaycan"a istinadən xəbər verir ki, Hüseyn Həsənovun təxminən 1,7 milyon dollar vergi borcu yığılıb. 

Nəticədə Rusiya vergi xidməti ona məxsus restoran və yemək çatdırılması ilə məşğul olan şirkətin hesabını bloklayıb.