Avropa İttifaqı “Russia Today” telekanalının yayımını və “Sputnik” agentliyinin üzv ölkələrdə fəaliyyətini qadağan edəcək.

Bunu Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen deyib.

“Biz Aİ-də Kremlin media maşını - dövlətə məxsus “Russia Today” və “Sputnik”, eləcə də onların törəmə şirkətlərinin fəaliyyətini qadağan edəcəyik. Biz Avropada zəhərli və zərərli dezinformasiyanın yayılmasının qarşısını almaq üçün alətlər hazırlayırıq”, - o, bildirib.