NATO Rusiyanın Moldovaya hücumu ilə bağlı real təhlükə görmür.

İqtisadiyyat.az "Unian"a istinadən bildirir ki, bunu NATO baş katibinin müavini Mirça Coana deyib. O bildirib ki, NATO Rusiyanın Moldovaya hücumunu risk olaraq dəyərləndirmir, çünki Rusiyanın bunun üçün kifayət qədər resursu yoxdur. 

Həmçinin Ceona qeyd edib ki, Rusiya bütün vasitələrdən istifadə edərək, Moldovaya qarşı hibrid müharibəni davam etdirir. Bura demokratik yolla seçilmiş hakimiyyətə qarşı mitinqlər də daxildir.