Rusiya telefon bazarında "iPhone 11 Pro Max" modelinin qiyməti 1 237 ABŞ dolları səviyyəsinə enib.

"Finans.az" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, smartfonun satışa çıxarılmasından bəri rekord göstəricidir. Eyni zamanda, oxşar model olan "iPhone 11"-in minimal qiyməti 835 dollar olub.

Xatırladaq ki, satışların başlanğıcında qiymətin 1 600 dollar olduğu bildirilirdi.