Rusiya prezidenti Vladimir Putin Silahlı Qüvvələr haqqında yalan xəbərlərə və anti-Rusiya sanksiyalarına çağırışlara görə cinayət cəzası və ağır cərimələr haqqında qanun imzalayıb.

Qanuna görə, Cinayət və Cinayət Prosessual məcəllələrinə müvafiq dəyişikliklər ediləcək.

Sənəddə qeyd edilir ki, feyk xəbər ağır nəticələrə səbəb olarsa, belə bir cinayətə görə azadlıqdan məhrum etmə müddəti 15 il təşkil edə bilər.

Rusiya ordusunu gözdən salmağa çağırışlara görə isə maksimum cəza 5 il həbs olmaqla müəyyən edilib.