“Bir çox istifadəçi bizdən münaqişə dövründə “Telegram” kanallarını deaktiv etməməyi istəyib, çünki onlar üçün yeganə məlumat mənbəyi bizik”.

Bunu “Telegram” platformasının yaradıcısı Pavel Durov bəyan edib.

O, bu müraciətlərlə əlaqədar belə bir addım atmamaq qərarına gəldiyini vurğulayıb.

“Ancaq bir daha xahiş edirəm, bu çətin dövrdə “Telegram” kanallarında dərc olunan məlumatları dəfələrlə yoxlayın və hər xəbərə inanmayın”, - deyə platformanın qurucusu əlavə edib.