Britaniyanın "Sky News" televiziyasının heyəti Ukraynanın paytaxtı Kiyevdən Buçaya gedərkən Rusiya təxribat qrupunun hücumuna məruz qalıb.

Jurnalistlərin rusların hücumuna məruz qalması görüntüləri anbaan kameraya əks olunub.

Avtomobildə çarəsiz halda gizlənən 5 jurnalist anlaşılmazlıq olduğunu düşünərək özlərini “biz jurnalistik” kimi təqdim ediblər. Bununla belə, ruslar atəşi dayandırmayıblar.