Xiaomi -nin alt brendi Redmi K60 seriyasını təqdim edib.

İqtisadiyyat.az xəbər verir ki, şirkət Redmi K60E, həmçinin K60 və K60 Pro-nu da satışa çıxarıb.

Cihazın üç fərqli rəng seçimi və dörd fərqli yaddaş saxlama variantı var. Rənglər qara, ağ və açıq mavidir.

Redmi K60E seriyanın digər iki telefonundan fərqli dizaynla qarşıya çıxır. Cihazın arxasındakı üç kamera düzbucaqlı modulda üçbucaq şəklində düzülüb. Əsas sensor digər ikisindən daha böyükdür. Ön tərəfdə, panelin ortasında selfi kamerası var.

Kamera isə cihaz OIS (optik təsvir sabitləşdirmə) dəstəyi ilə 48MP əsas sensora, 8MP ultra geniş lensə və 2MP makro kameraya malikdir. Ön kamera 20 MP -dir. Bundan əlavə, telefon 5500 mAh batareyaya malikdir və 67 Vt sürətli şarjı dəstəkləyir. Cihaz Android 13 əməliyyat sisteminə sahib olan. Smartfon iki SIM, 5G, WiFi 6, Bluetooth 5.3, GPS, NFC kimi xüsusiyyətlərə malikdir.