Şanlı, qürurlu Azərbaycanın tarixi və coğrafi səhifələri yenilənir.

10 noyabr – təqvimi əbədiləşir, müqəddəsləşir. Bu bir başqa hissdir, başqa sevincdir. Şahidlik etdiyimiz bu anlar təkrarsızdır. Dünyanın bir çox ölkələri bizimlə məhz tarixi sevincimizi paylaşır. Tərəfdaş ölkələrin dəstəyi və təbriki davam edir. Elə bölgələrimizdə, paytaxtımızda olduğu kimi.

“Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi və kollektivi də qələbəni birlikdə qeyd ediblər.  Qurbanlar kəsilib və əməkdaşları üçün alış-veriş kartı hədiyyə olunub. Xalqımızı təbrik edərək, bizi gözləyən xoş günlərdən danışıblar. Bizə bu günləri nəsib edən Ali Baş Komandan İlham Əliyevə təşəkkür edib, canı bahasına vuruşan əsgərlərimizin və vətən uğurunda canından keçən şəhidlərimizə borcluluq hissinin ifadə ediblər.

QARABAĞ AZƏRBAYCANDIR!