Dünyada minlərlə insan “Reddit” platformasında başlanılan  “geGoogle” aksiyası çərçivəsində “Google” korporasiyasının xidmətlərindən imtina edir.

 “Lenta.ru” nun məlumatına görə, “Google” əleyhirları insanları korporasiyasının təsiri altından azad olmağa çağırıb.

“De-google”çular “Google” axtarış mühərrikindən, “YouTube” videohostinq xidmətindən, “Gmail” elektron poçtundan, “Google Translate” onlayn tərcümə proqramında və digər xidmətlərdən istifadəni dayandırıb. Onlar korporasiyanın istifadəçilərin şəxsi məlumatlarına yiyələnməməsi üçün, hər kəsi anoloji addımı atmağa səsləyib.

“Bu dərəcədə insanları güdmək düzgün deyil, buna yol vermək olmaz. Bizlərdən hər biri qarşılıqlı əlaqədə olduğumuz texnologiyalara nəzarət etməliyik, onlar bizə yox”, - deyə aksiya fəallarından biri yazıb.

2018-ci ildə başlanılan “DeGoogle” aksiyasına artıq 8 min istifadəçi qoşulub.