2023-cü ilin dekabr ayında Azərbaycanın iqtisadi rayonları arasında noyabr ayına nisbətən ən yüksək istehlak qiymətləri indeksi Gəncə-Daşkəsən və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb.

İqtisadiyyat.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Belə ki, Gəncə-Daşkəsəndə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 %, qeyri-ərzaq məhsulları üzrə 100,3 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1 % olub. Dağlıq Şirvanda isə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,6 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 %, qeyri-ərzaq məhsulları üzrə 100,3 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1 % təşkil edib.

Dekabrda Bakıda istehlak qiymətləri indeksi noyabr ayı ilə müqayisədə 100,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-ərzaq məhsulları üzrə 99,7 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1 %, Qarabağ iqtisadi rayonunda isə ümumi mal və xidmətlər üzrə 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 %, qeyri-ərzaq məhsulları üzrə 100,1 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100 % olub.

Hesabat dövründə istehlak qiymətləri indeksi Naxçıvan Muxtar Respublikasında 100,2 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,1 %, qeyri-ərzaq məhsulları üzrə 100,9 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100 %, Abşeron-Xızır iqtisadi rayonunda 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,1 %, qeyri-ərzaq məhsulları üzrə 100,1 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2 %, 100,2 %, Qazax-Tovuz iqtisadi rayonunda 100,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 %, qeyri-ərzaq məhsulları üzrə 100,1 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100 %, Quba-Xaçmaz iqtisadi rayonunda 100,4 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 %, qeyri-ərzaq məhsulları üzrə 100 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1 %, Lənkəran-Astara iqtisadi rayonunda 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101 %, qeyri-ərzaq məhsulları üzrə 99,9 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2 %, Mərkəzi Aran iqtisadi rayonunda 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,8 %, qeyri-ərzaq məhsulları üzrə 100 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,4 %, Mil-Muğan iqtisadi rayonunda 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,9 %, qeyri-ərzaq məhsulları üzrə 100,3 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,1 %, Şəki-Zaqatala iqtisadi rayonunda 100,3 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 100,6 %, qeyri-ərzaq məhsulları üzrə 100 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100,2 %, Şirvan-Salyan iqtisadi rayonunda 100,5 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 101,2 %, qeyri-ərzaq məhsulları üzrə 100 %, əhaliyə göstərilmiş xidmətlər üzrə 100 % təşkil edib.