Bu ilin yanvar-iyun ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 265 min 775 vətəndaş qəbul edilib.

Bu barədə İqtisadiyyat.az-a Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, onların 100 min 975-i pensiya, 65 min 129-u müavinət, 8748-i Prezident təqaüdü, 61 min 531-i ünvanlı dövlət sosial yardımı, 7796-sı fərdi uçot və sosial sığorta, 1864-ü dövlət icbari şəxsi sığorta və 19 min 732-si isə digər istiqamətlərlə bağlı olub.