Rusiyalı alimlər tac boşalmasının (havanın elektron zərbəsi ilə ionlaşması) köməyi ilə əlləri, alətləri və yeməyi dezinfeksiya edən antiseptik qələm yaradıblar.

Bu barədə RT Milli Texnologiya Təşəbbüsünün (NTI) mətbuat xidmətinə istinadən xəbər verir.

Tərtibatçılar cihaza “Crownbrush” adını veriblər.

İxtira spirtli salfet və gel sanitayzerlərdən daha təsirlidir, həmçinin, həssas dərisi olan insanlar üçün də uyğundur.

Xarici görünüşü qələmə bənzəyən cihazla, məsələn, əlləri dezinfeksiya etmək üçün barmaqların üstündən sürüşdürmək kifayətdir.

Hazırda, tərtibatçılar pərakəndə satış nöqtələrində istifadə üçün cihazın daha geniş bir versiyasını hazırlayırlar.