Müqavilə ilə "Qalatasaray"a məxsus olan Patrik Van Aanhol 2024-cü ilin yayına qədər PSV-də çıxış edəcək.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Qış fasiləsində 6 aylıq Niderland klubuna icarəyə verilən müdafiəçinin sözləşmə müddəti artırılıb.

Patrik PSV ilə 9 oyuna çıxıb.