“Aİ-95” premium markalı benzin ucuz olmalıdır”.

Bunu İqtisadiyyat.az-a açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli deyib.

O, neftin qiymətinin indi 80 dollar olduğunu və “Aİ-95” markalı benzinin də ölkəyə xaricdən idxal edildiyini xatırladıb.

Ekspertin sözlərinə görə, ölkəmizdə bu markalı benzinin qiyməti 2 manata qaldırılanda dünyada neftin qiyməti 120 dollara yaxın olub: “Amma indi təqribən neft 30-40% ucuzlaşıb. Buna baxmayaraq, yenə də bizdə “Aİ-95” markalı benzin bahadır. Bu, anlaşılan deyil”.

“Aİ-95” benzinin ölkəyə, əsasən, Rumıniyadan idxal edildiyini xatırladan ekspert vurğulayıb ki, yerli istehsala başlanılsa, bu, premium markalı benzinin qiymətində ucuzlaşmaya gətirib çıxara bilər:

“Bu gün bizdə “Aİ-95” markalı benzin Gürcüstanla təqribən eyni qiymətədir. Bu da anlaşılan deyil. Azərbaycan neft ölkəsi olduğu bir şəraitdə, ciddi əlaqələri olduğu bir şəraitdə Gürcüstanla premium markalı benzinin eyni qiymətdə olması doğru deyil”.

Sadiq Cavadov