Səhər saatlarından etibarən paytaxtın bir sıra küçə və prospektlərində tıxac yaranıb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib. 

Bildirilib ki, paytaxtın Alı Mustafayev küçəsi - 20 Yanvar dairəsindən Ziya Bünyadov prospekti istiqamətində, Ziya Bünyadov prospekti - Abdulvahab Salamzadə küçəsi tunelin içi və kənar yol hər iki istiqaməində, Üzeyir Hacıbəyli küçəsi - Cavanşir körpüsündə, Bakı-Sumqayıt şosesi - şəhər istiqamətində sıxlıq müşahidə edilir. 

Bununla yanaşı, Tbilisi prospektindən şəhər istiqamətində, Heydər Əliyev prospekti - orta və kənar yol Atletlər kəndinin qarşısından Bağırov körpüsü istiqamətində də nəqliyyatın hərəkətində sıxlıq var.