Counterpoint Research-ün araşdırmaçılar qrupu 2019-cu ildə dünyada ən çox satılan "ağıllı" telefon modellərini açıqlayıb. 

FED.az xəbər verir ki, ötən il dünyada ən çox satılan telefon modeli iPhone XR olub. İkinci pillədə isə gözlənilməz olsa da, iPhone 11 qərarlaşıb. Modelin cəmi dörd ay ərzində bu qədər çox stılması inanılmazdır. 

Siyahının üçüncü sırasında Samsung Galaxy A50 dördüncü sırada Samsung Galaxy A10 yer alır. İlk beşlik OPPO A5 modeli ilə tamamlanır. 

telefon-siyahi1.jpg

Digər ardıcılııq isə belədir: iPhone 8, Samsung Galaxy A20, iPhone 11 Pro Max, iPhone 7 və iPhone Xs Max. 

Siyahıya nəzər saldıqda ilk onluq içərisində dominant markanın Apple olduğu görünür.