“2022-ci ildə 115,4 milyon manatlıq dövlət əmlakı özəlləşdirilib. 2021- ci ildə isə bu rəqəm 112,7 milyon manat olub.”

İqtisadiyyat.az bildirir ki, bu məlumatlar İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin ötən ilin yekunlarına dair verdiyi hesabatında yer alıb.

Həmçinin bildirilib ki, 2022-ci ildə özəlləşdirilən kiçik dövlət müəssisə və obyektlərinin sayı 304, nəqliyyat vasitələrinin sayı 513, torpaq sahələrinin sayı 262 olub.