OPEC bu il neft tələbinin artımı ilə bağlı proqnozunu sutkada 80 min barel azaldaraq 2,03 milyon barelə endirib.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun hesabatında deyilir.

Məlumata görə, qlobal neft tələbinin bu il sutkada 104,24 milyon barelə çatacağı gözlənilir.

Neft istehlakının bu ilin dördüncü rübündə aviasiya sektoru və nəqliyyat, o cümlədən sənaye, kənd təsərrüfatı və tikinti sektorlarında aktivliyin artması ilə dəstəklənərək sutkada 105,6 milyon barelə yüksələcəyi proqnozlaşdırılır. Çin və Yaxın Şərqdə neftayırma zavodlarının istifadəyə verilməsi ilə bağlı tələbat daha da artacaq.

2025-ci ildə OPEC neftə tələbatın sutkada 1,74 milyon barel artaraq 105,99 milyon barelə çatacağını gözləyir, halbuki əvvəlki proqnoz 1,78 milyon barel idi.

 

Gözəl Həşimova