Azərbaycan Mərkəzi Bankı (AMB) "Kredit Evi" ASC-ni və onun vəzifəli şəxsini cərimələyib.

İqtisadiyyat.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank lombard şirkətində tematik yoxlama aparılıb. Məlum olub ki, ASC cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin tələblərini pozub. İnzibati Xətalar Məcəlləsinin 598.1.1-ci, 598.1.2-ci və 598.4-cü maddələrinə əsasən lombard fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC və onun vəzifəli şəxsi Bakı şəhəri Nərimanov rayon məhkəməsi tərəfindən müvafiq olaraq 50 min manat və 10 min manat məbləğində cərimə edilib.