“Morgan Stanley” bankının analitikləri avronun dollara nisbətdə zəifləyəcəyini proqnozlaşdırır.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank məlumat yayıb.

Analitiklər Avropa valyutasının yaxın aylarda ABŞ dolları paritetinə yaxınlaşacağını düşünürlər.

“Morgan Stanley” Avropa Mərkəzi Bankının növbəti üç iclasda əsas faiz dərəcələrini endirəcəyini proqnoz edir. Proqnozlara görə, bu ilin sonuna kimi avro/dollar məzənnəsi 1,02 dollara qədər ucuzlaşacaq. Bu, indiki səviyyədən təxminən 7% aşağıdır.

 

Gözəl Həşimova