Gürcüstan 2030-cu ilə qədər elektrik enerjisi sektorunda özünü təmin etməlidir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.

Onun sözlərinə görə, ölkədə elektrik enerjisi istehsalı 14,911 milyon kilovatsaata çatıb:

“2030-cu ilə qədər Gürcüstan elektrik enerjisi baxımından özünü tam təmin edən ölkəyə çevriləcək, bunun üçün elektrik enerjisi istehsalı istehlakdan çox olmalıdır. 2012-ci ildə Gürcüstanda elektrik enerjisi istehsalı 9,698 milyon kilovatsaat, bu gün isə 14,911 milyon kilovatsaat təşkil edib”.

Qeyd edək ki, Gürcüstana elektrik enerjisinin əsas ixracatçısı Azərbaycandır. İlin birinci yarısında Gürcüstan Azərbaycandan 2,5 milyon ABŞ dolları dəyərində elektrik enerjisi idxal edib.

 

Gözəl Həşimova