Bu ilin yanvar-avqust aylarında operativ məlumatlara əsasən, Azərbaycanda neft-kondensat hasilatı 19,3 milyon ton, ixracı isə 16 milyon ton olub.

İqtisadiyyat.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir əlavə edib ki, bu dövrdə 800 milyon kubmetr artımla hasil edilmiş 33 milyard kubmetr təbii qazın isə 16,4 milyard kubmetri ixrac olunub.