Cənubi Koreyanın "Kia Corporation" şirkəti 2025-ci ilin oktyabrında Qazaxıstanın Kostanay vilayətində avtomobil istehsalına başlayacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, zavod 2025-ci ilin oktyabrında işə salınacaq və avtomobil istehsalçısı yenilənmiş "Sportage" modelinin istehsalına 2026-cı ilin yanvarında başlayacaq.

Zavodun layihə gücü ildə təxminən 70 min avtomobil təşkil edəcək. Eyni zamanda, 1500 yeni daimi iş yeri açılacaq. Layihənin dəyəri 200 milyon dollardır ki, bunun da təxminən 80%-i birbaşa xarici investisiyalardır.

 

Gözəl Həşimova