Azərbaycanda daha üç ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərarlar imzalayıb.
Qərarlarla Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Univeristeti və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.