Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana ümumilikdə 85,8 milyon dollar dəyərində 2 118 ədəd elektrikli avtomobil idxal olunub. Bu dövrdə elektrikli avtomobil idxalına çəkilən xərc ötən ilə nisbətən 65 milyon dollar və ya 8,4 dəfə artıb.
İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, 2022-ci ilin eyni dövrü ilə müqayisədə ölkəyə idxal olunan elektromobillərin sayı 1817 ədəd və ya 7 dəfə artıb.
Bununla da Azərbaycanın elektrikli avtomobil idxalına çəkdiyi xərc son 4 ilin maksimumuna çatıb:
İllər |
Xərc |
2020-ci il |
8 milyon dollar |
2021-ci il |
2,2 milyon dollar |
2022-ci il |
10,1 milyon dollar |
2023-cü il |
85,8 milyon dollar |
Gözəl Həşimova