Sosial şəbəkələrlə bağlı ən böyük problemlərdən biri də istifadəçilərin hesablarının təhlükəsizliyi problemidir.

"Finans.az" xarici KİV-ə istinadən xəbər verir ki, "Instagram" istifadəçilərin başqaları tərəfindən ələ keçirilən hesablarını bərpa edə bilmələri üçün 6 işarəli koddan ibarət bir təhlükəsizlik sistemini sınaqdan keçirir.

Belə ki, bu tətbiqin həyata keçirilməsi ilə istifadəçi həmin 6 işarəli kodu yığaraq öz ələ keçirilmiş hesabını bərpa edə biləcək.