"Gəncədə olduğu kimi Sumqayıtda da İnternet problemi yaşanır".

Bunu "Marja"ya şəhər sakini Yaşar Yeynallı bildirib.

"Burada da insanların şəhər telefon nömrələri məcbur dəyişdirilir, mövcud qoşulmuş olduqları "Alfanet", "Azeronline" kənarlaşdırılır və "Aztelekom"un İnternetindən istifadə edə biləcəyimiz bildirilir. Həm də ikiqat baha qiymətə və çox keyfiyyətsiz. Bu gün 4 mbs sürətli İnternetə 20 manat pul ödəyirik və gün ərzində İnternetin sürəti 1,75 mbs olur",- Yaşar Yeynallı deyib.