Finlandiyanın "Nokia" şirkəti Azərbaycanın aparıcı mobil rabitə operatoru olan "Azercell Telekom" şirkətinin 4G şəbəkəsinin əhatə dairəsini genişləndirərək, ölkə daxilində 1 400-dən çox baza stansiyasını işə salıb.

RİA "Novosti"nin verdiyi xəbərə görə, bu barədə "Nokia" şirkəti məlumat yayıb.

Bildirilir ki, bu, 4G şəbəkəsinin əhatə dairəsinin paytaxtdan kənarda genişləndirilməsi istiqamətində icra olunan ilk genişmiqyaslı layihədir.

"“Nokia AirScale Radio Access” həlləri "Azercell"ə yüksəksürətli mobil əlaqəni yaratmağa imkan verəcək. "Nokia" bu müqavilə üzrə yeganə təchizatçıdır və şəbəkəni inkişaf etdirməyə davam edəcək", - məlumatda deyilir.