Dünya bazarında neft qiymətləri korreksiya çərçivəsində 1 %-ə qədər artıb.

İqtisadiyyat.az birjalara istinadən xəbər verir ki, “Brent” markalı neftin may fyuçersləri 0,98 % bahalaşaraq 74,41 ABŞ dollarına satılıb. WTI neftinin aprel fyuçerslərinin qiyməti isə 0,95 % artaraq 1 barel üçün 68,25 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, 2021-ci ildən sonra ilk dəfə olaraq ötən gün “Brent” markalı neft 4,9 %, WTI nefti isə 5,2 % ucuzlaşıb. Bununla da, “Brent” markalı neftin qiyməti 72 ABŞ dollarından, WTI markalı neftin qiyməti isə 70 ABŞ dollarından aşağı düşüb. Ucuzlaşma birjalardakı eniş fonunda baş verib.